Marie's Room

August 9, 2024 [ Post Hits : 59 ]

Etiraf etməliyəm ki, pulsuz oyunlara qarşı bir antipatiyam var. Buna səbəb, əsasən, çoxlarının bizdən pul qoparmaq üçün şübhəli yollara əl atması ilə bağlıdır. Marie’s Room kimi oyunlar üçün isə tez-tez düşünürəm ki bu, developerlər öz işlərinin dəyərli olduğuna inanmadıqları və beləliklə yaxşı bir oynanışa sahib olmadıqları üçün ödənişsiz təqdim edilib. Lakin bu oyunla bağlı fikirlərimdə yanıldığım üçün çox şadam, çünki Marie’s Room-un arxasındakı komanda həqiqətən oynamağa dəyər bir şey yaradıblar. Rəylərin qalan hissəsi yalnız oyunu oynamış olanlar üçündür, çünki oyunu dərindən spoiler vermədən müzakirə edə bilmərəm. Məndən demək. Xəbərdar edildiniz.

Əksər hallarda retrospektiv olaraq danışılan hekayələri sevmirəm, çünki bu halda çox vaxt gərginliyin və emosianallığın itirildiyini düşünürəm, lakin Marie's Room-da bu olduqca yaxşı işləyir. Bunun bir hissəsi qeyri-xətti hekayə quruluşu ilə əlaqədardır, irəlilədikcə müxtəlif elementləri bir araya toplayırıq ki əsas hekayənin sirrini aça bilək, bir yandan da əsas hekayənin sirrini açana qədər hekayəyə dair bəzi motivləri artıq öncədən öyrənmiş də olmalıyıq. Oyunun yaradıcıları  hekayənin hər bir fraqmentinin böyük mənzərəni qurmağa xidmət etməsini təmin etməklə çox uğurlu bir iş görüblər, nəyinki tək bir hekayənin müxtəlif hissələrini kəsib təsadüfi şəkildə təqdim etmək əvəzinə. Bu hal oyunu məsəslən Dear Esther-dən fərqləndirən cəhətdir, çünki Dear Esther hekayə elementlərinin eyni nəticəyə doğru irəliləmədiyi bir xaosdan ibarətmiş kimi hiss olunur. Baxmayaraq ki, o da suejtini bəyəndiyim oyunlar arasındadır.

Saf quruluş baxımından Marie's Room yaxşı yığılıb, xüsusilə indie oyun yaradıcılarının sevimlisi Unity ilə hazırlanmadığını nəzərə alsaq. (Bu Unreal 4)  Kiçik bir iradım ən yaxşı anlarda belə interaktiv əşyaların toxunulabilən olduğunu göstərmək üçün istifadə olunan mexanikanın həddən artiq həssas olması ilə bağlıdır. Hekayə obyektlərinin böyük əksəriyyətini tapa bilsəm də, bir çoxunu açmaq üçün müxtəlif yanaşmaları dəfələrlə sınamalı oldum. Həmçinin, hansı əşyaları artıq dinlədiyimizi bilmək yaxşı olardı, onlara səhvən təkrar-təkrar toxunmaq məcburiyyətində qalmamaq üçün. Ancaq oyunun ümumi müddətinin təqribən cəmi bir saat olduğunu nəzərə alsaq, bunlar kiçik narazılıqlardır.

 

 

Hekayə, fərqli ana ünsürlər arasında hər birinə böyüyüb şaxələnməsi üçün yetərli zaman verərək maraqlı bir şekilde axıb getdi. Otağı daha az metodik bir şəkildə araşdırmış olsaydım, hekayə haqqında necə hiss edəcəyim maraqlıdır. Erkən hekayə xarici faktorların kiçik amillərilə Kelsey və Marie-nin münasibətinə fokuslanmaq hekayənin açılma tərzi olaraq mənə olduqca təbii hiss etdirdi. Sonra Todd rəsmə daxil olduğunda və Marie-nin keçmişi ortaya çıxmağa başladığında hekayənin əsl özəyi və sizin orada olma motivasiyanızın səbəbi gözəl bir şəkildə aydınlaşmağa başlayır. Tərsdən baxsaq, Marie-nin ailəsinin Kelsey-ni necə xilas etdiyini bilmədən əvvəl Kelsey-nin keçmişini bilmək, onun ilk başda hansı səbəbdən belə davrandığına dair fikir yaradır. Digər insanların təcrübələrinin nə olduğunu və onların müəyyən hekayə yollarının onlarla kəsişib-kəsişmədiyini eşitmək istərdim.

Ümumilikdə, hekayədən çox zövq aldım, baş verənlərin ağırlığı oyunun son səhnələrində həqiqətən hiss olunurdu. O vəziyyət nadir olsa da, bir çoxumuz peşman olduğumuz bir şeyi etmənin gətirdiyi günah hissini mənimsəyə bilərik və cinayət səhnəsini yenidən ziyarət etmək hər şeyi geri qaytara bilər. Doğrudan da, bunun bütün yas və itkilər üçün ümumi olduğunu düşünürəm, çünki xatirələrimiz və təcrübələrimiz onlari yaratdığımız insanlarla və yerlərlə bağlıdır. Marie's Room hekayəsindən öyrənilməli olan bir dərs varsa budur ki, keçmişdə səbəb olduğumuz ağrını aradan qaldıra bilmərik, yalnız irəli getməyə və bununla baş etməyə çalışa bilərik.

Marie’s Room, oyun formatında təqdim olunan mükəmməl bir qısa hekayədir. İlk baxışda hekayənin retrospektiv və parçalı təqdimatı fəlakətə məhkum olacağını düşündürə bilər, lakin yaradıcıları bu formatda yaxşı işləyən bir hekayə qurmağı bacarıblar. Ustalıq da diqqətə layiqdir; gözəl vizuallar, möhtəşəm musiqi və update-lər ilə asanlıqla düzəldilə biləcək bir neçə kiçik problem var sadəcə. Açıq desək oyun 3-5 dollar olsa belə onu tövsiyə etməkdə heç bir tərəddüdüm olmazdı, buna görə də pulsuz olmasını nəzərə alsaq oyunu almaq tamamilə məntiqlidir. Bir saatınızı öldürmək istəsəniz və yaxşı bir hekayə təcrübəsi axtarırsınızsa Marie’s Room-u mütləq nəzərdən keçirməlisiniz.

Oyunu əldə etmək üçün Marie's Room Steam səhifəsi

 

Müəllif: Samir Ahmadli

 

Müzakirələr

rəy yazın