Reanimal Təqdim olundu.

August 22, 2024 [ Post Hits : 30 ]

Tarsier Studios-un yeni qorxu oyunu Reanimal Xbox Series X/S, PS5 və PC üçün çıxır. Qorxunc bir adada keçən bu oyun onlayn və local co-op dəstəyi təqdim edir. 
Tarsier Studios qorxu janrındakı yeni oyunu Reanimal-ı həyəcanla elan edib! Gamescom Açılış Gecəsi Canlı Yayımında təqdim olunan bu oyunda qardaş və bacı qorxunc bir adada dostlarını axtarmağa yollanır. Oyun local və onlayn co-op dəstəyi ilə diqqət çəkir, bu da oyunçuların qorxu dolu macəranı birlikdə kəşf etməklərinə zəmin yaradır.

Tarsier Studios-un yeni qorxu IP-si Reanimal oyunçuları qorxu dolu bit adaya dəvət edir. Oyun bir qardaş və bacının qorxunc adada itkin düşmüş dostlarını xilas etmək üçün verdikləri mübarizəni əks etdirir. Təqdimat treylerində gördüyümüz qədərilə oyunun atmosferi Little Nightmares seriyasını xatırladır; təhlükəli mühit, nəhəng məxluqlar və gərginlik dolu anlar.

Reanimal-ın çıxış tarixi hələki dəqiq deyil, ancaq PS5, Xbox Series X/S və PC platformları üçün inkişaf etdirilməkdə olmağı həyəcan vericidir. Oyun Little Nightmares 3 kimi onlayn korporativ oynamaq seçimi verəcək, beləliklə oyunçuların birlikdə çalışaraq adadan qaçmaq şansı olacaq. Bundan başqa tək başınıza da bu qaranlıq dünyanı kəşf etmə imkanı verəcək oyun modu da mövcuddur.

Müzakirələr

rəy yazın