Unawake Treyleri Yayımlandı

August 22, 2024 [ Post Hits : 48 ]

Gamescomda Unawake treyleri yayımlanıb. Oyun mələklər və şeytanların savaşdığı qiyamət sonrası dünyada hərəkətli bir həyatda qalmaq mübarizəsi təqdim edir. 
Toplitz Productions və RealityArts Studionun yeni action oyunu Unawake Unreal Engine 5 ilə gücləndirilmiş vurucu qrafika və vəhşətli yaxın döyüş mexanikaları ilə diqqət çəkir. Gamescomda üzə çıxan oyun ilk təəssüratlarda dərin bir action və personaj inkişafı sistemi təqdim edir.

Unawake oyunçuları cənnətdən və cəhənnəmdən məxluqların savaşdığı qaranlıq bir distopiyaya götürür. Dünyanın taleyi bu büyük savaşda həll olunarkən, oyunçular mələklər və şeytanların arasında qalır. Epic-in MetaHuman alət dəsti və NVIDIA-nın Audio2Face texnologiyası ilə dəstəklənən personaj animasiyaları NPC-lərə qeyri-adi bir gerçəklik qatır. Səsləndirmə, yaradılan gerçək üz animasiyaları sayəsində personajların emosional dərinliyi oyunun atmosferini tamamlayır.

Toplitz Productions bu qatı hərəkətliliyin oyun sevənlər üçün tam bir qrafika və oynanış bayramı olacağını vurğulayır. CEO Matthias Wünsche "Unreal Engine 5-in gücü və Nvidia-nın Audio2Face texnologiyası ilə birləşən instinkt actiona köklənmiş oynanış dərin irəliləmə sistemi, hekayə və cəlbedici təcrübələrin sərhədlərini aşmağın gerçək bir sübutudur" deyərək gözləntiləri yüksəldib.

Unawake mələklər və şeytanlar arasındakı əfsanəvi savaşın ortasında dinamik birinci şəxs yaxın döyüş təcrübəsini yaşadacaq kimi görünür.

Müzakirələr

rəy yazın