Yeni Monster Hunter Wilds Oyun Treyleri

August 22, 2024 [ Post Hits : 52 ]

Capcom Monster Hunter heyranlarını sevindirəcək bir xəbərlə gəldi: Yeni Monster Hunter Wilds oynanış treyleri Gamescom 2024 Açılış Gecəsi Canlı yayımında tanıtdırıldı. Bu treyler oyunçulara oyunun çevrəsinə daha geniş bir baxış bucağı təqdim edir və böyük döyüşlərə də göz atmaq fürsəti verir.

Capcomun yayımladığı 2:27 dəqiqəlik treyler Monster Hunter Wildsın dərinliklərinə doğru unudulmaz bir səfərə dəvət edir. Oyunçular treylerdə canlandırılan böyük döyüşlərlə birlikdə oyunun möhtəşəm çevrələrini kəşf etmək fürsəti tapır. Capcomun treylerdə qeyd etdiyi kimi "Gamescom Opening Night Live-dan yeni gələn ən son Monster Hunter Wilds treylerimizlə Yasaq Topraqların dərinliklərinə enin."

Monster Hunter Wilds, illik Gamescom tədbirində yer alması gözlənən böyük bir oyun idi və müəlliflərin bu ayın əvvəllərində oyunun gələcəyi haqqında dəqiq məlumatlar verməsi ilə hazırda həyəcan pik nöqtədədir. Oyun 2025-ci ildə vitrinlərə çıxasıdır, hələlik isə oyunçular gözləməyə davam edir.

Müzakirələr

  1. umer23luh
    October 7, 2024

    Hey people!!!!! Good mood and good luck to everyone!!!!!

rəy yazın