Oblivion Remastered gözlənilməz bir qərarla oyunsevərlərin qarşısına çıxdı. Bethesda, illər sonra oyunçuları yenidən Cyrodiil torpaqlarına dəvət edir. The Elder Scrolls IV: Oblivion-un bu yenilənmiş versiyası həm nostalji axtaranlara, həm də seriyaya ilk dəfə başlayacaq oyunçulara xitab edir. 4K görüntü keyfiyyəti və 60 FPS performansı ilə müasir platformalara uyğunlaşdırılan oyun təqdim etdiyi geniş məzmun paketi ilə diqqət çəkir.
Oblivion Remastered Geniş Məzmunu ilə Fərqlənir
Yenilənmiş versiya yalnız əsas oyunu deyil, eyni zamanda “Shivering Isles” və “Knights of the Nine” kimi böyük hekayə genişləmələrini də ehtiva edir. Bundan əlavə “Mehrune’s Razor”, “The Thieves Den”, “Wizard’s Tower” kimi səkkiz fərqli DLC də bu paketə daxildir. Deluxe Edition seçən oyunçular isə eksklüziv zireh və silah dəstlərinə, eləcə də rəqəmsal sənət kitabı və oyun musiqi tətbiqinə də giriş əldə edirlər.
Daha Azad Oynanış və Dərinləşdirilmiş Sistemlər
Personaj yaradılması və səviyyə sistemində edilən yeniliklər, oyunçulara daha azad və fərdi bir oyun təcrübəsi təqdim edir. İstər döyüşçü, istərsə də sehirbaz olun personajınızı daha detallı şəkildə fərdiləşdirə və inkişafını öz üslubunuza uyğun formalaşdıra bilərsiniz. Bu da oyunu həm təcrübəli oyunçular, həm də yeni başlayanlar üçün cəlbedici edir.
Vizual və Texniki Təkmilləşdirmələr
Yenilənmiş animasiyalar və vizual effektlər döyüş mexanikalarını daha axıcı və təsirli edir. Qılınc zərbələri və ya sehrli hücumlar artıq daha gözoxşayan və realistik görünür. Eyni zamanda dünya dizaynında edilən düzəlişlər, kəşf etmə hissini daha da ön plana çıxarır - hər bir bucaq yeni bir detal və sürprizlə doludur.
Hər Platformada Mövcuddur
Oblivion Remastered, PC, PlayStation 5 və Xbox Series X|S platformaları üçün yayımlanıb və Game Pass kitabxanasına da əlavə olunub. Həm məzmun baxımından, həm də texniki keyfiyyət ilə bu oyun, TES seriyasının fanatlarını və RPG həvəskarlarını məmnun edəcək gücdədir.
Thomasdek
May 16, 2025Бонус-код Melbet — это прекрасная возможность активировать поощрения от известной букмекерской компании. При регистрации введите специальный код, чтобы получить приветственный бонус на счёт. Новые коды появляются часто, так что следите за акциями. Используйте Melbet промокод и начните путь к выигрышам уже прямо сейчас! [url=https://ogorodland.ru/forum/topic/promokod-melbet-privetstvennyj-bonus-15000%e2%82%bd/#postid-10834]https://ogorodland.ru/forum/topic/promokod-melbet-privetstvennyj-bonus-15000%e2%82%bd/#postid-10834[/url] Промокод Для Melbet