Pixel-art üslubunda oyunların hazırda yaşadığı intibah, əsasən olduqca möhtəşəm əsərlər ortaya çıxardan indie oyun yaradıcılarının sayəsindədir. To The Moon oyununu gördüyümdə düzünü deyim ki, onu oynamaqda o qədər də maraqlı deyildim, lakin bir dostumun güclü tövsiyəsindən sonra (və treyleri izlədikdən sonra) sadəcə nəzərdən keçirmək üçün olsa belə yoxlamağa dəyər olduğunu düşündüm.
Siz “The Agency” adlı şirkətin iki əməkdaşı olan Dr. Eva Rosalene və Dr. Neil Watts kimi oynayırsınız. Bu şirkət yaddaş dəyişdirmə texnologiyaları üzrə ixtisaslaşıb. Bu texnologiya bir insanın keçmişində baş verən hadisələri dəyişdirmək üçün istifadə olunur, bu da onların zehni dünyasında tarixin gedişatını dəyişdirməyə imkan verir. Bu texnologiyanın iş prinsipi səbəbindən yalnız ölümə yaxın olan xəstələr üzərində tətbiq oluna bilər; belə ki, onlar istədikləri şəkildə yaddaşlarını dəyişdirə bilər və son dəfə oyandıqda həyatda arzuladıqları anı yaşamaq zövqünü dadarlar. Qısa müddət sonra isə onlar dünyadan köçərlər. “To The Moon” Johnny adlı bir xəstənin hekayəsini və onun aya səyahət etmək arzusunu izləyir.
“To The Moon” möhtəşəm pixel art səhnələri ilə on illər əvvəl oxşar üslubu istifadə edən bir çox oyuna hörmətini göstərir. “Gemini Rue” kimi, hər bir səhnə müəyyən bir atmosfer yaratmaqda inanılmaz işlər görür, bu da personajların inkişafında mühüm rol oynayır. Bu, xüsusi olaraq “To The Moon” üçün bəstələnmiş sound track ilə bir araya gəlir və bu kombinasiya bu sadə pixel art macəranı gözlənilən səviyyədən çox yuxarı qaldırır.
Öz dövrünün bir çox oyunları kimi, “To The Moon” əsasən ekranda görünən kiçik mətn parçaları ilə personajların qarşılıqlı əlaqələri şəklində irəliləyir. Əvvəlcə hekayə tərs xronoloji qaydada işləyir, çünki Johnny-nin xatirələrinə geri qayıdaraq onun keçmişini açmaq və onun aya getmək ideyasını cücərtmək lazımdır. Bu yeni bir süjet mexanikası deyil, lakin çox təsirli bir mexanikadır, çünki bütün personajlar yaxınlaşan keçmiş hekayəyə eyham ola bilər, həmçinin də sıxıcı və ağır olmayan şəkildə. Həqiqətən, “To The Moon”un hekayəni anlatmaq şəkli bu oyunu bu qədər cəlbedici edir və digər hər şey bu məqsədə xidmət edir.
To The Moon-un oynanış şəkli çox sadədir, yox olmağın ərəfəsində. Bu pis bir şey deyil, xüsusən də Heavy Rain kimi gameplay-ə dair çox zəngin olmayan oyunların nə qədər sevilən olduğunu nəzərə alsaq, əgər siz də bir oyunda daha çox hekayədən zövq alan bir insansınızsa, çünki To The Moon-nun sizə təklif edəcək basqa çox şeyi yoxdur. Əslində içinə girdikcə oyunun növbəti “bu elementi o biri elementlə birləşdir sonra filan yerdə istifadə et” tərzində oyun olacağından çox narahat idim, hansi ki oyun vaxtının çox hissəsi əyləncəli oynanış əvəzinə daimi təkrarlamadan ibarət olur, amma şükür ki, bu tərzdə bir şey deyil.
Dialoq səhnələri arasında siz iki həkimdən birinin nəzarətinə veriləcəksiniz və sonra başqa bir xatirəyə qayıtmaq yolunu tapmaq sizin işinizdir. Bu, səhnədə mövcud yaddaşı keçmişlə əlaqələndirən bir xatirə tapmaqla həyata keçirilir. Tapdıqdan sonra onu açmaq üçün yaddaş bağlantılarını tapmalısınız. Bunlar Dr. Wattsın səhnələrdən birində qeyd etdiyi kimi adətən tanış formalar alır, lakin bu, əsasən ekrandakı elementi tapmaq oyunudur. Bəzi tapmacalar var ki, dialoq seçimləri təqdim edir və sizdən hər şeyi yazmağı tələb edir, lakin onlar elə də çox deyil, ona görə də əsas oyun mexanikası To The Moon boyunca kifayət qədər tutarlıdır.
Xatirəni açdıqdan sonra siz başqa bir yaddaşa sıçraya bilmək üçün onu hazırlamalı olacaqsınız. Bu, ekranda gördüyünüz flip puzzle formasını alır. Əgər dostlarınızla yar;şdıra biləcəyiniz oyun xalına dair bir şey varsa, bu, onu tapa biləcəyiniz yeganə yerdir, çünki hər tapmacada onu həll etmək üçün ideal sayda hərəkət sayı var və ən aşağıda sizin necə getdiyinizə dair ümumi məlumatlar var. Yenə də bunlar xüsusilə çətin deyil, ən qarışıq puzzle hələ sadəcə tək pilləli gediş sayı tələb edir, bu səbəbdən onlar bizi daha çox diyaloqun monotonluğundan və oyunun təməl mexanikası olan ipucu tapmaqdan bir növ qoparmaq üçün ordadırlar.
Başlanğıcda To The Moon-nun hekayəsinə daxil olmaq mənə bir qədər çətin gəldi. Əsas personajlar, iki həkim, hekayədə həm əsas qəhrəman, həm də məzəli, yüngülləşdirici rol oynayır. Bu məzəli bölmələr mənə darıxdırıcı və ilhamsız gəldi və başlanğıcda hekayənin çoxunu bu təşkil edir. İlk bir neçə saatdan sonra əsas hekayə uğruna onları bir kənara qoymaq asandır, ikinci seansımda dərhal yenidən bağlandım. Bir müddət sonra hekayə bir qədər səngiməyə başladı, bir saat və ya daha çox bir müddətdə heç bir əsaslı süjet inkişafı olmadı. Məhz bu məqamda mən çox narahat oldum və beynimdə o dəhşətli hiss yarandı ki, mən bu oyunu sırf bu oyun analizi videosu üçün sona qədər oynayıram.
Əslində, To The Moon-a yönləndirə biləcəyim bir tənqid varsa o da bu qopuq tempidir. Hekayəni digər 4 səhnə qədər irəlilədən bəzi səhnələr var, bu da oyunun yarısından ¾-nə qədər olan hissədə demək olar ki, oyuna olan marağımı itirməyimə səbəb oldu. Artıq səhnələrin olduğuna inanmasam da, əslində hekayənin çoxlu süjet xətti yaxşı tamamlanır, ipuçlarını tapmaq, xatirəni açmaq, rutin puzzle-ı həll etmək bütününü keçmək əvəzinə əksər darıxdırıcı səhnələri birləşdirmək süjetin inkişafı ilə oyunçunun iştirakı arasında balansın saxlanmasını təmin etmək üçün uzun bir yol qət edə bilər.
Bununla belə, bir göz qırpımında darıxdırıcı bir məşğuliyyətdən ürək titrədən drama çevrilə biləcək bir oyun üçün çox şeydən bəhs edir. Süjetin bir neçə kilid nöqtəsi aşkarlanarkən, orada oturub oyundan imtina etmək ərəfəsində olduğumu çox yaxşı xatırlayıram. Məhz həmin vaxt başıma uzun müddət oyunlarla bağlı gəlməyən bir şey gəldi: ağlamağa başladım. Tipik bir gözyaşı axıtmaq deyildi bu, tamamilə ağlamaq idi. Bunu edən nə idi deyə bilmərəm (bunu etmək hər şeyi məhv edəcəkdi, həm də növbəti bir saat ərzində məni emosional sarsıntıya salacaqdı) amma demək kifayətdir ki, bunu başa vurduqdan sonra növbəti bir neçə saat ərzində özümü gedib kişi kimi davranmağa məcbur hiss etdim. Görünür, göz yaşlarımı sıxıb saxlamaq bir qədər etdi.
To The Moon-nun bu qədər inanılmaz hekayə olmasının səbəbi də budur. Təbii ki, oyun mexanikası sadədir və irəliləmə tempi əziyyətlidir, ancaq sonunda mənə göz yaşlarına qərq edəcək şəkildə personajları kifayət qədər dərindən mənimsədən hər şey ona ünvanlanan bütün alqışlara layiqdir. Bu, oynanış və qrafikasından asılı olmayaraq hekayə danışan vasitə kimi oyunların ənənəvi vasitələr sırasına qoşulduğunu göstərir. To The Moon, belə desək, öz mühitinin sərhədlərini aşan hekayələrin daha bir möhtəşəm nümunəsidir, dərin və cəlbedici bir dram axtaran hər kəs bu oyunu mütləq oynasın.
Oyunu əldə etmək üçün To The Moon Steam səhifəsi
Müəllif: Samir Ahmadli
rəy yazın