Yeni "Dune" Oyunu Gamescomda Təqdim olunacaq

August 15, 2024 [ Post Hits : 24 ]

Yeni Dune oyunu Dune: Awakening yaxınlaşan Gamescom tədbirində yer alacaq. Bu məlumat daha əvvəl oyunun ilk "Communient Signal"-ında (oyunun cəmiyyəti yeniləməsi/blog yazısı/xəbər verilişi versiyası) təsdiqlənmiş olsa da, oyunla əlaqəli bəzi əlavə detallar Geoff Keighley tərəfındən paylaşılıb. Keighley X  üzərindən verdiyi açıqlamada "Dune Awakening 20 Avqust Çərşənbə Axşamı günü [Gamescom.] Açılış Gecəsi Canlı Yayımına gəlir" ifadəsini qeyd edib. Elan, izləyicilərə bizim vaxtla 21:00'da canlı yayımlanacaq olan oyuna daha geniş bir baxış üçün canlı yayımı izləmələri üçün bir xatırlatma ilə sonlanıb.

Funcom developerləri son zamanlarda iştirak etdikləri digər tədbirlərlə yanaşı Gamescomdan da azacıq bəhs ediblər: "Ötən bir neçə ay Arrakisdə bizim üçün olduqça yorucu keçdi; sinematik təqdimat treyleri, yeni Dune: Awakening Direct və Twitchcon Rotterdama etdiyimiz səfərlə. Çox şey olur və bu sadəcə başlanğıcdır. Daha çox oynanış göstərəcəyimiz Gamescoma göz atmağı unutmayın!"

Funcom kollektivi, oyunu səbrsizliklə gözləyən şəxsləri gələcəkdə nələr gözləyə biləcəyini də qeyd edib: "Hər ay sizinlə birbaşa söhbət edəcəyik və hətta bəlkə də isti-isti oyun detallarını paylaşmaq üçün bəzıi developerləri gətirəcəyik. Roundupda bütün vacib Dune xəbərlərini icmal şəklində təqdim edəcəyik.  Asset Highlightsda bəzi mükəmməl oyun sənət əsərlərini və səslərini göstərəcək və Community Creationsda fan tərtibatlarınızı öne çıxaracağıq. Hətta Cəmiyyətdən Suallar bölməsində #DuneAwakeningCommunity heştegi ilə bizə suallarınızı göndərərək cavablanmasını təmin edə bilərsiniz."

Müzakirələr

rəy yazın