The Callisto Protocol Epic Games Store-da Havayı Olacaq

August 19, 2024 [ Post Hits : 38 ]

"The Callisto Protocol" Epic Games Store-da 22-29 Avqust tarixləri arasında ödənişsiz olaraq təqdim olunacaq. Bu məhdud müddətli fürsət qorxu oyunu heyranları üçün qaçırılmayacaq bir imkandır.

"The Callisto Protocol" qorxu və elmi-fantastik növləri birləşdirən, dərin atmosferi və gərginlik dolu hekayəsiylə diqqət çəkən bir həyatda qalma - qorxu oyunudur. 2320 ilində Yupiterin peyki Callistoda keçən oyunda oyunçular Jacob Lee adlı bir obrazın idarəsini ələ alır. Black Iron həbsxanasında dustaq qalan Jacob, burada keçirilən insanlıqdan uzaq təcrübələr nəticəsində ortaya çıxan məxluqlarla üzləşmək məcburiyyətindədir.

Oyunun yaradıcısı "Striking Distance Studios" Dead Space seriyasının arxasındakı adlardan biri olan Glen Schofield tərəfindən qurulmuşdur. Bu səbəblə, The Callisto Protocolun qorxu atmosferi və oynanışı Dead Space seriyası ilə müqayisə olunmaqdadır. Oyunda oyunçular məhdud resurslarla həyatda qalmağa çalışarkən eyni zamanda sirli hadisələrin arxasındakı gerçəyi də ortaya çıxarmağa çalışırlar.

Oyunun qrafik keyfiyyəti, atmosferik səs dizaynı və gərginlik dolu hekayəsi oyunçuları daim tikan üstündə olmağa məcbur edir. The Callisto Protocol xüsusən gərginlik və qorxu növlərini sevən oyunçular üçün unudulmaz bir təcrübə vəd edir.

Oyunun Epic Store səhifəsinə keçid edib indidən səbətə əlavə edə bilərsiniz.

Müzakirələr

rəy yazın