Unknown 9: Awakening Çıxış Tarixi

August 21, 2024 [ Post Hits : 46 ]

Bandai Namco Europe dünən Reflector Entertainment tərəfindən inkişaf etdirilən hekayə action-adventure oyunu Unknown 9: Awakening-in 18 Oktyabrda PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X|S və Steam üzərindən PC üçün vitrinə çıxacağını və ön sifarişlərin indi alına biləcəyini elan edib. Canlı təqdim olunan treylerdə Anya Chalotra tərəfindən canlandırılan Haroona-nın güclərini oyandırmağa hazırlanmasını izləyə bilərsiniz. Haroona insanlığın ən yaxşı gizlənmiş sirlərini qorumaq üçün istifadə etməli olacağı inanılmaz gücü aldığı əsrarəngiz bir paralel ölçü olan Fold ilə bənzərsiz bir əlaqəyə sahib güclü bir gənc qadındır.

“Hazırladığımız macəranın bir çox insanda əks-səda oyandıracağını bilirəm. Unknown 9: Awakening çox spesifikdir, oyunçuların bunu hiss edəcəyini bilirəm" deyib Anya Chalotra. “İzləmək və öyrənmək üçün etibarlı və açıq bir ərazi inşa edib yarada bildik və hər bir inanılmaz oyunçu və möhtəşəm Unknown 9 komandası ilə keçirdiyim zamana həqiqətən dəyər verirəm.”

Reflector Entertainment Kreativ Direktoru Christophe Rossignol “Anya Chalotra'nın ovsunlayıcı performansı hekayəyə dərinlik, nüans və duyğusal rezonans gətirdi” dedi və əlavə etdi: “Haroona-nı canlandırmaqda olan belə istedadlı bir aktrisa ilə işləmək şansına sahib olduğumuz üçün çox həyəcanlıyıq.”

Unknown 9: Awakening, Unknown 9 IP-sinin qrafik romanlar, podcastlər, romanlar və daha çoxunda bəhs edilən bir sıra bir-birinə bağlı macəranı özündə əks etdirən geniş hekayə dünyasına təməl giriş nöqtəsidir. Oyunçular bu hekayələrin dadını çıxararaq Unknown 9: Awakening təcrübələrini genişlədə biləcəklər. Hara baxacağını bilənlər çarpaz keçidlərdən, geri axtarışlardan, sirlərdən və daha da çoxundan paylarını alacaqlar.

Unknown 9: Awakening, 18 Oktyabr 2024 tarixində PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X|S və Steam üzərindən PC üçün çıxışını həyata keçirəcək.

Müzakirələr

rəy yazın